Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı Avqustun 25-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Oxşar xəbərlər