Makron Kiyevə səfərə gedir

Makron Kiyevə səfərə gedir Gələn həftə Fransa prezidenti Emanuel Makronun Kiyevə səfəri gözlənilir

Bu barədə “Le Figaro” qəzeti yazır.

Xəbər verildiyi kimi, Fransa Ukraynaya əlavə altı yeni “Sezar” özüyeriyən silahın təhvil verilməsi imkanını öyrənir. Mətbuat Makronun Ukraynaya səfəri zamanı ikinci partiyanın transferini elan edə biləcəyini irəli sürür.

Müharibədən əvvəl Fransa ordusunda cəmi 76 “Sezar” özüyeriyən silahı olub. Bundan öncə də Fransa Ukraynaya bu silahdan verib. Daha 6 avtomobil Ukraynaya təhvil verilərsə, bu, bütün fransız “Sezar”larının 16%-ni təşkil edəcək.

Oxşar xəbərlər