Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı Ötən əsrin ikinci onilliyində həm I Cahan savaşı ilə bağlı, həm də bütün dünyada milli azadlıq və fəhlə hərəkatı ilə bağlı baş verən siyasi proseslər Qafqazın geopolitik mənzərəsini xeyli dəyişdirmişdi. Çürüməkdə olan çar Rusiyasının əyalətləri müstəqillik uğrunda mübarizə aparır,milli dövlətçilik getdikcə şüurlara daha aydın bir qətiyyətlə hakim kəsilirdi.
Hələ 1917-ci ilin fevralında Rusiyada monarxiyanın devrilməsi nəticəsi olaraq xalqlara və təbəələrə bir sıra demokratik azadlıqlar əta olunmuş, o cümlədən, siyasi partiyaların fəaliyyətində canlanma özünü göstərməyə başlamışdı. Öz çirkin niyyətlərini reallaşdırmaq üçün daşnak partiyası bundan əlverişli imkan tapa bilməzdi. O zaman dünyanın ən demokratik ölklələrindən hesab edilən burjua-mülkədar Rusiyasında yaranan ab-hava erməni millətçiləri üçün yeni siyasi fənd kimi qiymətləndirildi.
XIX əsrin 90-cı illərində formalaşdırılan “Daşnaksutyun” partiyasının proqramı tarixdən bizə məlum olan ən şovinist ruhlu partiya və təşkilatlarının proqramından heç nə ilə fərqlənmir:
Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.
1917-ci ilin oktyabr-noyabr aylarında Bakıda özünü yeganə ali hakimiyyət orqanı hesab edən Bakı Soveti əslində xalqa zidd siyasətilə imperialist ideyaların gerçəkəşməsinə xidmət edirdi. Dekabr ayında Cənubi Qafqaz Komissarlığnın Osmanlı rəsmilərilə bağladığı Ərzincan sazişi əsasında Qafqaz cəbhəsi ləğv edildi və cəbhəni tərk edən rus ordusunun Cənubi Qafqaz vasitəsilə geri çəkilməsi təmin edildi. Bu zaman daşnak-bolşevik təbliğatının nəticəsi olaraq, rus əsgərləri silahlarını Bakı sovetinin cəbbəxanasına,erməni millətçilərinə verirdilər.Eyni zamanda azərbaycanlılardan ov tüfəngləri belə yığılmağa başlanılmışdı. Artıq V.Leninin bölgəyə ezam etdiyi S.Şaumyanın bolşevik maskasına bürünmüş daşnak ünsürü olduğu hər kəsə aydın idi. Məhz bu quldur “kommunist” idarə etdiyi silahlı qüvvələrin sayını erməni döyüşçülərin və könüllülərin hesabına artırırdı.
Görünən odur ki,erməni qüvvələri Bakıda və Azərbaycanın digər yerlərində qırğına hazırlaşırdılar.Məqsəd milli hərəkata divan tutmaq,Rusyadan ayılmaq yolu ilə milli müstəqilliyini qazanmaq uğrunda mübarizə elan etmiş”Musavat”partiyasının sosial bazasını məhv etmək,bir sözlə azərbaycançılığı gömmək idi.
O, bununla bağlı belə deyirdi: "Zaqafqaziya demokratik qüvvələri öz maraqlarından çıxış edərək bu ayrılma prosesinə qəti etiraz etməli, bu mürtəce siyasəti formalaşdıranlara qarşı əli silahlı hazır olmalı, bu işdə rəhbər rol isə Bakı Sovetinə məxsus olmalıdır. Əgər o, əksinqilabçılara qarşı çıxmazsa, onlar özləri bizim ayağımıza gələcəklər. Çünki müsəlman (azərbaycanlı) milliyyətçilər Bakını Azərbaycanın paytaxtı etmək arzusundadırlar. Ona görə də bu mürtəce qüvvələr ilk fürsətdə Bakı Sovetinə doğru yönələcəklər".
Şaumyan bu mənfur tip dəfələrlə Leninlə yazışmasımda guya müsəlmanların böyük qırğına hazırlaşması haqqında uydurma dəlillər gətirməyə çalışır,qırğından sonra isə öz hərəkətlərinə haqq qazandırmağa çalışaraq,hətta on minlərlə insanın ölümünü az qala tarixi missiya kimi qələmə verirdi.
Daşnak yaraqlılarının mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin ölçüsü oxucuya tarixdən yaxşı məlumdur. Təkcə Qubadakı Soyqırım abidəsini ziyarət edənlər bilirlər ki, Hamazaspın qatil bandası demək olar ki, odlu silah işlətməmiş, balta, bıçaq kimi soyuq vasitələrlə insanları dəhşətli işgəncələrə məruz qoymuşdu. Məzarıstanda üst-üstə qalaqlanmış insan kəllələri mismarla deşilmiş,müxtəlif bucaq altında çapılmışdı.
Erməni siyasi xadimləri və tarixçilərinin özləri də daşnak dığaların bu qətliamda iştirakını təsdiqləmiş olurlar. Xatisovun Bakı XKS-ni”erməni soveti adlandırması bunu bir daha sübut edir.
Bu gün də daşnak tör-töküntüləri – bu uğursuz qaragüruh sonsuz zülmətə doğru külüng çalmaqdadır.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev

Oxşar xəbərlər