Tarixi heç kəs saxtalaşdıra bilməz

Tarixi heç kəs saxtalaşdıra bilməz Təəssüflər olsun ki, ermənilər bu hadisəni bütün diaspora və erməni lobbisi vasitəsilə dünyaya "soyqırım" kimi təqdim etməyə çalışırlar. Erməni diasporasının mənafelərini müdafiə edən bəzi dövlətlərin olduğunu bilirik. Fikrimcə bu gedən proseslərin siyasi tərəfi var və ABŞ-da 10 milyona yaxın erməni seçicisini ələ almaq üçün atılan addımdır. Eyni zamanda bilirsiniz ki, Ermənistan uğrunda hal-hazırda Rusiya və Amerika arasında ciddi mübarizə gedir. Qeyd edim ki, Azərbaycanın Vətən müharibəsinə qədər Ermənistan Rusiyanın vassalı idi. Ölkənin ən iri vergi ödəyiciləri, şirkətlər Rusiyadan maliyyələşən və sərmayəsini Rusiyadan götürən şirkətlər idi. Ölkənin elektrik, su, qaz təchizatını həyata keçirən və ölkənin telekommunikasiya yəni mobil operatorları da Rusiyanındır. Bu de-fakto olaraq Ermənistan suveren dövlət yox, Rusiyadan asılı vəziyyətdə idi. Müharibədən sonra Rusiyanın təsir dairəsi Ermənistanda güclənib. Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Bu ərəfədə Rusiya və Amerika qarşıdurması Ermənistanda kəskinləşməyə başlayıb. Qeyd edim ki, Ermənistanda Amerikanın ən böyük 2500-ə yaxın əməkdaşı olan səfirliyi yerləşir. Ermənistan vassal dövlət olduğu üçün idarəsi uğrunda mübarizə kəskinləşib.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.

Co Baydenin bu addımı ermənilərə dəstək, eyni zamanda da Türkiyəyə göz dağı vermək idi. Biz bu addıma qarşı həm dövlət, həm xalq olaraq müvafiq cavabları veririk və verməliyik. Azərbaycan-Amerika münasibətlərini qoruyaraq Azərbaycan və Türkiyə qardaşlığını nümayiş etdirib Türkiyənin yanında dayanmağı bacarmalıyıq!

Məmiyev Təhmasib, 192 saylı orta məktəbin direktoru

Oxşar xəbərlər