
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə hava şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması üçün aidiyyəti idarə, müəssisə və təşkilatlar səfərbər edilib. Həmçinin Novruz bayramı günləri ilə əlaqədar olaraq rayonun bütün xidmət strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bütün kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılır, ərazilərə qum-duz qarışığı səpilir. Elektrik enerjisinin, qazın, rabitənin və içməli suyun verilişində fasilələr yaranmamışdır.