90-dan çox iri budaq və ağac aşdı, avtomobillərə ziyan dəydi - RƏSMİ/FOTO

90-dan çox iri budaq və ağac aşdı, avtomobillərə ziyan dəydi - RƏSMİ/FOTO Ötən gündən baş verən güclü külək paytaxtda bir sıra fəsadlar törədib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Ölkə.Az-ın sorğusuna cavab verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və gündüz saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bildirilib ki, külək nəticəsində bu saata qədər 93 iri budaq və ağac aşıb.
“Aşan ağaclar 10 avtomobilə müxtəlif dərəcəli ziyan vurub” – açıqlamada bildirilib.

90-dan çox iri budaq və ağac aşdı, avtomobillərə ziyan dəydi - RƏSMİ/FOTO90-dan çox iri budaq və ağac aşdı, avtomobillərə ziyan dəydi - RƏSMİ/FOTO

Oxşar xəbərlər