Şər və Böhtan yazanlara Tutarlı CAVAB! Bəzi saytların ağlına nə gəldi onuda yazırlar - Cəmşid Hənifəyev

Şər və Böhtan yazanlara Tutarlı CAVAB! Bəzi saytların ağlına nə gəldi onuda yazırlar - Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik -leytenant Cəmşid Hənifəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Cəmşid Hənifəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik -leytenant Cəmşid Hənifəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik -leytenant Cəmşid Hənifəyevin nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Cəmşid Hənifəyevi nüfuzdan salmağa çalışırlar.

Qanuninfo.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik -leytenant Cəmşid Hənifəyev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Binəqədidə DYP rəisi insanları necə bezdirir? - ŞOK fakt başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Cəmşid Hənifəyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Oxşar xəbərlər