
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,
bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.