
Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə küləyin sürəti saniyədə 30-35 m təşkil etmişdir.
Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atmışdır.
Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın həcmi müəyyənləşdirilir və daxili imkanlar hesabına yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.