
Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əfqan mənbələrinə görə, avianəqliyyat vasitələri ilə İŞİD qruplaşmalarına canlı qüvvə, silah-sursat daşınıb, döyüş zonalarından ölü və yaralı terrorçular çıxarılıb” – Zaxarova söyləyib.
XİN sözçüsü bir neçə dəfə səsləndirilən bu məlumatların beynəlxalq təşkilatların diqqətini çəkməsi gərəkdiyini bildirib:
“Əfqanıstan hava sahəsinə tamamilə nəzarət edən ABŞ və NATO qüvvələrinin məlumatı olmadan bu cür fəaliyyətlər reallaşdırıla bilməzdi. İŞİD-lə qarşıdurmaya girən Taliban mövqelərinə qarşı ABŞ Hərbi Hava Qüvvələrinin atışları qeydə alınıb. Bu məlumatların ABŞ-la İŞİD terrorçuları arasında əməkdaşlıq olduğunu demək üçün kifayət etdiyinə inanırıq”.