
Bunu Yaxın Şərq üzrə irlandıyalı ekspert Patrik Kokbörn deyib.
«İŞİD, çox güman ki, ən nəhayətdə məhv ediləcək, belə ki, pərakəndə də olsa, çoxsaylı düşmənlərin təzyiqi Suriyada və İraqda, o cümlədən, İslam dünyasının digər bölgələrində güclü olaraq qalacaq», - politoloq belə deyib.
Kokbörnün fikrincə, İŞİD-in problemləri artıq üzə çıxmaqdadır.
«Qruplaşma daxilində cinayətkarlığın və korrupsiyanın artması əlamətləri müşahidə olunur və bu, İŞİD-in pula kəskin ehtiyacının olmasının başlıca sübutu sayıla bilər», - ekspert bildirib.