
Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş İdarənin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında baş tutub.
Əməliyyatlar zamanı “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminlər aşkar olunub.
Müxtəlif ərazilərdə qanunsuz əməllərə yol verən 19 nəfər saxlanılıb.
DİN həmin məlumatları göndərən şəxslərə Baş İdarə adından təşəkkürünü bildirir.