İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı - FOTO

İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı - FOTO Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

İşğaldan azad edilən ərazidə narkotik aşkarlandı - FOTOİşğaldan azad edilən ərazidə narkotik aşkarlandı - FOTOİşğaldan azad edilən ərazidə narkotik aşkarlandı - FOTO

Oxşar xəbərlər