
Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.
Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.