Əsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO

Əsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO Düşmən tərəfi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində məhv edilən daha 26 hərbçisinin adını açıqlayıb.
Baku.ws xəbər verir ki, öldürülən hərbçilər arasında Musaelyan İrina Lavrentevnanın (1979-cu il təvəllüdlü) olması erməni tərəfinin nə qədər aciz vəziyyətdə olduğunu göstərib. Məlumata görə, ordumuz tərəfindən zərərsizləşdirilən İrina Musaelyan Ermənistan ordu rəhbərliyi tərəfindən dəfələrlə təltif edilmişdi.

Belə ki, Ermənistanda əsgər çatışmazlığı yaşandığı üçün işğalçı ordu qadın hərbçilərin ümidinə qalıb. Ön cəbhəyə cəlb olunan qadınlar əsasən snayper vəzifəsini icra edirlər.

Azərbaycan ordusunun əks hücumları qarşısında aciz qalan Ermənistan ordusu ön cəbhəyə yığdığı peşəkar qadın snayperləri də itirməyə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, canlı qüvvə baxımından Ermənistan ordusunun 550 nəfərdən artıq itkisi var.

Əsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO

Oxşar xəbərlər