Qarabağda məhv edilən təxribatçı erməni əsgərin fotosu

Qarabağda məhv edilən təxribatçı erməni əsgərin fotosu Bu gün işğal altında olan Qarabağın şimal-şərq istiqamətində ordumuzun cavab atəşi ilə məhv edilən təxribatçı erməni əsgər Arman Samvel Movsisyanla bağlı yeni məlumatlar yayılıb.

Azvision.az xəbər verir ki, Movsisyan evin tək oğlu olub. O, 2016-ci ilin yayında "ordu" sıralarına cəlb olunub. Özündən kiçik bir bacısı var.

19 yaşlı Arman Movsisyan Armavirin Arşaluys kəndində anadan olub.

Xatırladaq ki, avqustun 14-də saat 11:00 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində düşmən ordusu itki verib. Təxribat törətməyə çalışan erməni əsgər 1998-ci il təvəllüdlü Arman Samvel Movsisyan ordumuzun cavab zərbəsi ilə məhv edilib.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Oxşar xəbərlər