Türkiyədə qayıq batıb - 50-dən çox insan itkin düşüb

Türkiyədə qayıq batıb - 50-dən çox insan itkin düşüb Türkiyədə Van gölündə qaçqınları daşıyan qayıq batıb.

“Qafqazinfo” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun verdiyi açıqlamaya görə, batan qayıqda 55-60 arası insanın olduğu müəyyənləşdirilib.

Hadisənin dünən baş verməsinə baxmayaraq, bu barədə bu gün xəbər verilib. Gəminin batdığı yerin hələ təyin olunmadığını açıqlayan Soylu 11 nəfərin saxlanıldığını və hadisədən 18 saat sonra xəbər verildiyi üçün bir muxtarın vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.

Axtarışlar nəticəsində hələlik 6 nəfərin cəsədi tapılıb.

Axtarış-xilasetmə işləri davam etdirilir, bölgəyə xüsusi axtarış avadanlıqları gətizdirilib.

Oxşar xəbərlər