Bakıda daş karxanasında bədbəxt hadisə

Bakıda daş karxanasında bədbəxt hadisə Bakının Suraxanı rayonunda daş karxanında ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazası qarşısında müxtəlif dərəcəli bədən xəsarətləriylə aşkar edilib. Y.Bayramov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Yusif Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər