
Virtualaz.org xəbər verir ki, bununla da Rusiyada milyarderlərin sırasına daha ikisi əlavə edilib.
Avqustun 25-də məlum olub ki, “Severstal”ın əsas sahibi Aleksey Mordaşov ikinci evliliyindən olan 20 yaşlı Kirillə və 19 yaşlı Nikitaya “Nordgold” qızıl mədən şirkətinin 65% səhmlərini verib. "Forbes" jurnalı səhmlərin dəyərini 2.4 milyard dollara qiymətləndirib.
“RBC” agentliyi yazır ki, Mordaşovun övladlarına əmanət olunan miras “KN- Holding” şirkətinə məxsusdur, səhmlərin dəyərinin bərabər olması (hər birinə 50%) və hər birinin pulunun dəyəri 1,2 milyard dollar qiymətləndirilə bilər.
Bununla yanaşı, 2019-cu ilin iyun ayında Aleksey Mordaşov “TUI AG” turoperatorunun 25%lik payına sahib olan “Unifirm Ltd”nin 65%-ni də övladlarına əmanət edib. Beləliklə, Kiril və Nikitanın var-dövlətinin ümumi dəyəri 3,54 milyard dollar, hər birinin isə ayrı-ayrılıqda 1,77 milyard dollardır.