Ermənistan ordusunda növbəti fırıldaqçılıq faktı - DETALLAR

Ermənistan ordusunda növbəti fırıldaqçılıq faktı - DETALLAR svErmənistan ordusunda növbəti fırıldaqçılıq faktı aşkar edilib.



Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanissyan "Facebook" səhifəsində yazıb.



Onun sözlərinə görə, hərbi polis növbəti fırıldaq hadisəsini aşkar edib. Ermənistan hərbi polisinin məlumatına görə, "N" nömrəli hərbi hissənin "Q.S" adlı müddətli xidmət hərbi qulluqçu, əsgər yoldaşları arasında ögey atası "K.K"nın silahlı qüvvələrdəki nüfuzlu dostu vasitəsilə müalicədən sonra bərpa məqsədilə məzuniyyət təşkil edə biləcəyi barədə saxta məlumatlar yayıb.



Hərbi qulluqçulardan 3 nəfəri valideynləri vasitəsilə "K.K" adlı şəxsə müvafiq olaraq 10 gün, 18 gün və 1 ay məzuniyyətə buraxılma məqsədilə 35 min, 50 min və 130 min erməni dramı veriblər.



Fakt üzrə cinayət işi qaldırılıb araşdırma aparılır.

Oxşar xəbərlər