Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov rəhbərliyin etimadını daim doğruldub - Özəl

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov rəhbərliyin etimadını daim doğruldub - Özəl Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.


Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov rəhbərliyin etimadını daim doğruldub - Özəl

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Sərdar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Sərdar Əhmədovu nüfuzdan salmağa çalışırlar.

P.S. Qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Oxşar xəbərlər