Nazirlik poliklinikanı işçilərlə birgə satışa çıxardı

Nazirlik poliklinikanı işçilərlə birgə satışa çıxardı Bakıda stomatoloji poliklinika satışa çıxarılıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracında Bakıda fəaliyyət göstərən poliklinika özəlləşdirməyə təqdim ediləcək. Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Stomatoloji poliklinikanı hərraca Səhiyyə Nazirliyi təqdim edib.

Maraqlısı isə odur ki, poliklinika 14 nəfər işçisi ilə birlikdə satışa çıxarılıb. Ümumi faydalı sahəsi 418.9 kvadrat metr olan poliklinikanın ilkin satış qiyməti 228.750 manatadır. Sözügedən 7 saylı Stomatoloji poliklinikanın özəlləşdirilməsi üçün komitə 14 noyabr tarixində hərrac keçirəcək.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda bir neçə dəfə stomatoloji klinika təqdim edib. Bundan öncə satışa çıxarılan stomatoloji poliklinika Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Əmlak 350 min 200 manata özəlləşdirilib.

Oxşar xəbərlər