Azərbaycan poçt markalarının kataloquna daxil olan 3 növdə marka “eBay” internet mağazasında satışa çıxarılıb.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, bu markalar 1920-1922-ci illərdə nəşr olunub. “eBay”də sözügedən poçt markalarının satış qiyməti 50 ABŞ dolları təşkil edir.
Markaların nominal dəyəri dövriyyəyə buraxılan zaman müvafiq olaraq 5000, 3000 və 2000 rus rubluna bərabər olub.
