Moskvanı “qan gölünə” çevirməyə hazırlaşan İŞİD terrorçuları saxlanılıb

Moskvanı “qan gölünə” çevirməyə hazırlaşan İŞİD terrorçuları saxlanılıb Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Moskva və Mahaçqalada terrorla bağlı əməliyyat keçiriblər.

Bu barədə Rusiya Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb. Verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Rusiyada müxtəlif ərazilərdə terror aktları planlaşdıran İŞİD tərəfdarları saxlanılıb.

“Oktyabrın 13 və 14-də Moskva və Mahaçqalada keçirilən əməliyyat nəticəsində, Dağıstan sakinləri olan 4 şəxs saxlanılıb. Terrorçular “yuxu hüceyrəsi” adlanan gizlin məkandan tapılıblar. Saxlanılan şəxslər İŞİD üzvlərilə əlaqəli oduqlarını etiraf ediblər”, - deyə məlumatda bildirilib.
Dindirilmə zamanı saxlanılan şəxslər deyiblər ki, Moskvada terror törətməyə hazırlaşırlarmış. Onlar Moskvanın bir neçə yerində böyük terror aktları planlayıblar. Onlar həmçinin polis əməkdaşları və hərbçilərə də hücum törətmək niyyətində olduqlarını etiraf ediblər.

Terrorçuların gizləndiyi ərazidən partlayıcı maddələr, kustar üsulla hazırlanmış bomba, eləcə də, çoxlu silah və sursat tapılıb.

Oxşar xəbərlər