
Azərbaycan Prezidentinə məlumat verilib ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir.
Dövlət başçısına bildirilib ki, "Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar.
Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan "Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident İlham Əliyev kombaynı işə salıb.




