
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib.
Bildirilib ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.

