
Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..
Goranboy rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Goranboy ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.
Nizaməddin Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.
Nizaməddin Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Nizaməddin Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Nizaməddin Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Nizaməddin Quliyev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!
Nizaməddin Quliyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
P.S. qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, bəzi saytlarda "Nizaməddin Quliyev Bakıda yaşayan gəlininə yerli büdcədən maaş verir-KORRUPSİYA" başlıqlı məqalə dərc olunub. Məsələ ilə bağlı araşdırma apardıq və oxuculara çatdırırıq ki, bu xəbər tamamilə əsassız xəbərdir. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.
Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.







