Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki yataqlarda işləyən işçilərinə həmişə olduğu kimi əvvəlcədən meteoxəbərdarlıq olunub.
Bu sözləri SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır.