Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb

Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb Mark Epşteyn qardaşı Cefri Epşteynin ölümündə ABŞ Prezidenti Donald Trampı ititham edib.

“Metro” xəbər verir ki, Mark Epşteyn qardaşı Cefri Epşteynin Trampın əmri ilə "ad çəkmək" niyyətində olduğu üçün öldürüldüyünü iddia edib. O, rəsmi intihar versiyasına baxmayaraq, maliyyəçinin kamerasında öldürüldüyünü vurğulayıb.

Qeyd olunur ki, FTB sənədlərində Dallas limuzin sürücüsünün Trampın 1995-ci ildə "hansısa qıza təcavüz etmək" və Epşteynin adını çəkmək barədə söhbətini təsadüfən eşitdiyinə dair istinadlar var.

Daha əvvəl Cefri Epşteyn işi ilə bağlı yeni materiallar onun əbədi həyatın genetik tədqiqatlarına sərmayə qoyduğunu və sözdə "İlluminati" ilə əlaqələri olduğunu ortaya qoyub.

Oxşar xəbərlər