Əfəndi İsmiyev: Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır

Əfəndi İsmiyev: Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyevdir.

Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində uğurlu işlərdən bir çoxlarının xəbəri var. ASC-də düzgün gedən işlərlə bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. Saytımızda şirkətin fəaliyyətindəki fəal işlər haqqında materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Əfəndi İsmiyev bu yolda düzgün işlər həyata keçirərək dəfələrlə Prezidentin güvəninin qazanmışlar.

Bu şəxs uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır . «Bu gün tikinti işləri ilə əlaqədar “EVRASCON” ASC əsas yer tutur. Əfəndi İsmiyevin rəhbərlik etdiyi şirkəti müxtəlif layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə “EVRASCON” ASC həmişə laiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Tikinti, Təmir və Təkmilləşdirilmə, Binaların yenidən qurulması və təmiri, Xüsusi tikinti avadanlıqları, Tikinti alətləri avadanlıqları və tikinti texnikası, Tikinti layihələri, Yol tikintisi və s. “EVRASCON” ASC Azərbaycanın yeganə çoxprofilli şirkətidir. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

“EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.

Əfəndi İsmiyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Əfəndi İsmiyev fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Oxşar xəbərlər