Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab

Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab Hər bir şəxs çalışdığı sahədən asılı olmayaraq, fəaliyyətini qanunlar çərçivəsində xarakterinə uyğun şəkildə qurur. Bu mənada mən daha çox işləməyə üstünlük verirəm. Hesab edirəm ki, mənim fəaliyyətimə biləsuvarlılar qiymət verməlidirlər. Əgər sizi mənim fəaliyyətim maraqlandırırsa, buyurub icra başçısı olduğum Biləsuvar rayonuna gəlib hər şeyi yerində öyrənə bilərsiniz. Ancaq məqsəd qarayaxma olacaqsa, mən belə məsələlərə vaxt ayırmıram.

Mahir Quliyev


Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq siyasəti nəticəsində ölkəmizdəki hərtərəfli inkişafda Biləsuvar rayonu da müsbət nəticələr əldə edib

"Biləsuvar gözəlləşibdir. Mən hər dəfə buraya gələndə yeniliklər-yeni binalar, gözəl parklar, yeni gözəl mənzərələr görürəm". Bu fikirləri ölkə Prezidenti İlham Əliyev cənabları Biləsuvara səfəri zamanı söyləmişdir. Bu gün bu sözlər ölkə iqtisadiyyatının davamlı inkişafını, əhalinin layiqli yüksək həyat səviyyəsini təmin edən dövlət siyasətinin Biləsuvar rayonunda da uğurla həyata keçirilməsinə bir sübutdur. Rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən genişmiqyaslı dəyişikliklər əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkədə aparılan geniş quruculuq-abadlıq işlərindən Biləsuvara da pay düşdüyündən xəbər verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublikamızın digər rayonlarında olduğu kimi, Biləsuvar rayonunda da uğurla həyata keçirilir. RİH-in məlumatına görə, Biləsuvar rayonunda inkişaf tempi daha da artıb, insanların rifah halı və maddi vəziyyəti yüksəlib. Belə ki, əhalinin elektrik enerjisi və təbii qazla təchizatı istiqamətində aparılan işlər nəticəsində bir çox kəndə təbii qazın verilməsi bərpa olunub.

Respublikamızın bütün regionlarında vacib sahələrdən olan kənd təsərrüfatının inkişafı Biləsuvar rayonunda da diqqət mərkəzindədir. Çünki Biləsuvar respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğu üçün bu sahənin inkişafı və problemləri hər zaman diqqət mərkəzində saxlanılır.

Ötən il rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır.

Bu gün rayonun girişi başdan-başa yenidən qurulub. Yol genişləndirilib, dekorativ bəzədilmiş hasarlar çəkilib. Baxdıqca baxmaq istəyirsən. Sevinirsən. İstər-İstəməz buranın gələcək vəziyyəti gözümün qarşısına gəlir. Bəli, çox keçməyəcək Biləsuvar girişi ən gözəl şəhərlərin giriş qapıları ilə müqayisə olunacaq. Yeni işıq dirəkləri öz nurunu nəinki rayona insanların ürəyinə salacaqdır.

İcra başçısı Mahir Quliyev qeyd edir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş dövlət hakimiyyəti idarəetməsinin mühüm istiqamətlərindən biri də vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərində qaldırılan problemlərin öyrənilməsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tövsiyələr xüsusi əhəmiyyət daşıyır.

Bundan sonra da Biləsuvar rayonunun sosial-iqtisadi inkişafı naminə fəaliyyətimizi yorulmadan davam etdirəcək və möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı qətiyyətli və xalqın rifah halını daha da yaxşılaşdırmağa yönəldilmiş siyasətin ən yaxın dəstəkçiləri və iştirakçıları olacağıq.


Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab
Biləsuvar yeni inkişaf mərhələsində - Şər və böhtan yazanlara tutarlı cavab

Oxşar xəbərlər