Almaniyada partlayış: Çoxlu sayda ölən var – FOTO + VİDEO + YENİLƏNİB

Almaniyada partlayış: Çoxlu sayda ölən var – FOTO + VİDEO + YENİLƏNİB Partlayıcı qurğunu işə salan şəxsin kimliyi müəyyən edildi

Partlayışda 27 yaşlı Suriya vətəndaşı şübhəli bilinir, hadisə zamanı onun özü də ölüb.

RİA Novost xəbər verir ki, bu barədə Bavariyanın daxili işlər naziri İoahim Herrmann bildirib.

DİN rəhbərinin sözlərinə görə, o, Almaniyaya iki il öncə gəlib, bir il əvvəl suriyalının qaçqın statusu verilmə xahişi rədd edilib.

Həmçinin qeyd edilir ki, polisin məlumatına görə, ölən suriyalı iki dəfə intihara cəhd edib.

09:50

Partlayış bazar günü axşam saatlarında Almaniyanın Ansbax şəhərində restoranın qarşısında baş verib.

RİA Novost xəbər verir ki, partlayış nəticəsində 14 nəfər ölüb, xəsarət alanlardan üç nəfər ağır vəziyyətdədir.

Şəhər meri Karda Zaydelin sözlərinə görə, hadisəyə səbəb partlaycı qurğu olub.

“Qaz partlayışından söhbət getmir, səbəb partlayıcı qurğudur”, - Zaydelin sözlərini “Bild” sitat gətirib.


Oxşar xəbərlər