Hadisə Qarabili şəhərində baş verib
Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayışın baş verməsi nəticəsində ən azı 29 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Reuters xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Məhəmməd Assayed bildirib.
“Ölən və yaralananların sayı artır və biz onları ciddi cəhdlə yaxınlıqdakı xəstəxanalara göndərməyə çalışırıq”, — deyə o əlavə edib.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.