Şəmkirdə partlayış: yaralı var

Şəmkirdə partlayış: yaralı var Şəmkirdə baş verən partlayış nəticəsində Şəki sakini ağır yaralanıb

"Kəpəz TV" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Yenihəyat kəndində vətəndaşa məxsus tikinti materialları mağazasının anbarında baş verib.

Nəticədə mağazada çalışan Şəki rayon sakini Laçın Adamov ağır xəsarəti alıb. Dərhal Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılan yaralıya bədənin 50 faiz texniki yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Laçın Adamov Gəncəyə göndərilib. İlkin ehtimala görə hadisəyə səbəb zərərçəkənin qaz balonu ilə ehtiyyatsız davranması olub. Fakt Şəmkir rayon hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Oxşar xəbərlər