Son günlər ölkə KIV-lərində Goranboy rayonu və Nizaməddin Quliyev haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.
Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Goranboy rayonunun gizli korrupsioneri: Nizaməddin Quliyev haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Nizaməddin Quliyevin fəaliyyətindən yazmırlar? Axı Nizaməddin Quliyevin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Nizaməddin Quliyevin gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Nizaməddin Quliyev Goranboyun icra başçısıdır.
Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü…”
Hazırda rayona rəhbərlik edən icra başçısı Nizaməddin Quliyevin Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.
Ötən ilin uğurla başa çatdığı, cari ilin daha məsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edildiyi Goranboy rayonu bu gün inkişafının yeni mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan layihələrin icrası bölgədə sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib.
"Goranboy rayonunun inkişafı çox sürətlə gedir. Son beş il ərzində Goranboyda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"
Goranboy xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli olan bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək inkişaf edib ki, bu da Goranboyu turistlər üçün maraqlı məkana çevirib.
Goranboy rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Goranboy ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.