Ötən ili uğurla yola salan kollektivlərdən biri də Biləcəri telekommunikasiya qovşağıdır. Müxbirimiz qovşağın rəisi Ağamirzəyev Ağamirzə görüşərək ondan kollektivin uğurları və görülən işlər barədə danışmasını xahiş etmişdir. Ağamirzə müəllim demişdir:
—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır. Siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin sosial təminatı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xətti qeyri–neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın şaxələndirilməsi və yeni sahələrin inkişafı üçün geniş imkanlar yaratmaqdır.
Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur.
Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.
Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.
Bu gün hər bir ölkənin gələcək inkişafının informasiya-kommunikasiya texnologiyalarının tətbiq səviyyəsindən asılı olduğu birmənalı qəbul edilməkdədir. Azərbaycanda da İKT sahəsinin inkişafı, əhalinin müasir xidmətlərə çıxışının yaradılması, bütün kateqoriya insanların xidmətlərdən əlverişli şərtlərlə istifadəsinin təşviqi, yeni xidmətlərin tətbiqi, sektorun diversifikasiyası, e-xidmətlərin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmini və digər ümdə məsələlər diqqət mərkəzindədir. Bu sahədə ölkə başçısı İlham Əliyevin yaxından dəstəyi və qayğısı sayəsində məqsədyönlü işlər görülməkdədir.