"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri təyin olunmuşdur..

"Bakının işıqları" təsədüfən və ya keçmiş SSRİ məkanında deyildiyi kimi "İliç lampası" ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf etmiş şəhərlərindən daha öncə Bakıda elektrik enerjisi istehsal və istehlak olunub. "Azərişıq" ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb.

"Azərişıq" ASC hansı qurumun tərkibində və hansı statusda olmasından asılı olmayaraq öz missiyasını-istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə yerinə yetirib. Öz iş ənənəsini, öz simasını qoruyub saxlayıb. Bu keyfiyyətlərinin qorunub saxlanmasında sözsüz ki, şəbəkənin ağırlığını öz üzərlərində daşıyan insanlar olub. Bu insanların bir qismi bu gün də şəbəkədə çalışır, zəngi təcrübələrini gənclərin yetişməsinə sərf edirlər.

Ümummili liderimiz H.Əliyev istər 70-80-ci illərdə, istərsə də 1993-ildə hakimiyyətə qayıdışından sonra ölkənin energetika sahəsinə, o cümlədən Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları, ölkə iqtisadiyatının bütün sahələrində olduğu kimi elektroenergetika sahəsinə, eləcə də paytaxtan elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərməkdədir.

Rzayev Baba Hüseynağa oğlu 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Hazırda "Azərişıq" ASC-nin Sədri vəzifəsində çalışır.
"Azərişıq" ASC-nin Sədri Baba Rzayev- Dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

"Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, Azərişıq ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar , inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.


Mingəçevirin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.

Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. “Azərişıq” regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı on il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir

Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.



Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomat idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi də ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3 və Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. Habelə 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.

"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir

Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı.


"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir
"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir
"Azərişıq" ASC -də Baba Rzayevin gördüyü işlər Azərbaycanın parlaq gələcəyidir

Oxşar xəbərlər