QMİ sədri Hacı Allahşükür Paşazadə bununla bağlı məscidlərə tapşırıq verib
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alan zaman şəhid olanların xatirəsinə Azərbaycanın bütün məscidlərində qaibanə cənazə namazı qılınacaq.
“Report” xəbər verir ki, bunu Şəkidə vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib:
“Bu gün cümə namazından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman şəhid olanların xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq”.
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETO) iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd göstərib. Bu zaman 246 nəfər şəhid olub, 2 mindən artıq insan yaralanıb.