Ramazan ayının başlayacağı tarix açıqlandı – FƏTVA

Ramazan ayının başlayacağı tarix açıqlandı – FƏTVA Bayram namazı iyulun 6-da qılınacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib.

Fətvaya əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək.

“Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq”, - deyə, fətvada bildirilir.

Oxşar xəbərlər