Turistlərə Bakını digər şəhərlər ilə müqayisə etməmək tövsiyyə olunur
Fransanın “Tourmag” portalında “Azərbaycan - orijinal turizm istiqaməti” adlı məqalə yayılıb.
Mədəniyyət və Turizm Nazirliyinin verilən məlumata görə, Fransa Turizm Agentlikləri Milli Sindikatının (SNAV) Bakıda keçirilən ənənəvi illik konfransından sonra bu ölkənin turizm sahəsində ixtisaslaşmış agentlikləri ölkəmizin turizm imkanlarını təşviq edir.
Məqalədə İl-de Frans regionunda fəaliyyət göstərən Turizm Müəssisələri Birliyinin prezidenti Mişel Laje-Erbonun toplantı üçün Bakını seçməsinin təsadüfi olmadığı qeyd edilir.
Mişel Laje-Erbonun əsas məqsədi turizm, konqreslər, motivasiyalar və işgüzar sahələr üçün əsl imkan və yeni istiqamət olan Bakını kəşf etmək olub. Yazıda Bakının möhtəşəm şəhər olduğu diqqətə çatdırılır. Xüsusilə, paytaxtımızın XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid memarlıq üslubunun turizm agentliklərinin nümayəndələrini heyran etdiyi bildirilir.
Müəllif Bakının bu gün tam təhlükəsiz yeni turist istiqaməti olduğunu vurğulayır. Müalicə turizmi ilə məşhur olan Naftalan şəhərindən, tarixi və mədəni abidələrimizdən, Qobustandan söz açır. Azərbaycan qastronomiyasının yüksək qiymətləndirildiyi məqalədə Gəncədə keçirilən Şərab Festivalından da bəhs edilir.
Məqalənin müəllifi Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədovdan ölkə haqqında, onun tolerantlıq, multikulturalizm nümunəsi olması barədə daha geniş məlumat aldıqlarını bildirir.
Yazıda turistlərə Bakını heç bir şəhərlə müqayisə etməmək, gəlib onun özünəməxsus xüsusiyyətləri ilə tanış olmaq məsləhət görülür.
Xatırladaq ki, 70 fransalı turizm mütəxəssisinin iştirak etdiyi Bakı toplantısı çərçivəsində Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Fransa Turizm Agentliklərinin Milli Sindikatı arasında anlaşma memorandumu imzalanıb.