Boş qalan yerlərə yeni direktorlar təyin edildi

Boş qalan yerlərə yeni direktorlar təyin edildi Təyinatlar yeni iş sisteminin gücləndirilməsi üçün həyata keçirilir

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının direktoru vəzifəsinə Mirzəyev Əliağa Sabir oğlu və Əmircan qəsəbə mədəniyyət evinin direktoru vəzifəsinə Quliyev Hüseyn Nadirqulu oğlu təyin olunublar.

Həmçinin, Ağayev Vüqar Elşad oğlu H.Abbasov adına mədəniyyət evinin direktoru və Manafov Nizami Ramiz oğlu Nizami adına mədəniyyət mərkəzinin direktoru təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

Oxşar xəbərlər