Azərbaycanın ən böyük dondurma zavodunu ("Millenium”) işlədən şirkətlər arasında maliyyə problemi yaranıb, məhkəmə çəkişmələri başlayıb və həbs olunan var.
Dia.az azpolitika.info-a istinadən xəbər verir ki, problemə səbəb ötən ildən "Millenium” dondurmalarının satışı həvalə olunan "Rafaeloğlu” şirkətində böyük məbləğdə pul yeyintisi olub.
Belə ki, hesabat vaxtı məlum olub ki, dondurmalardan dələn gəlirdə 2 milyondan artıq əskiklik var. Bundan sonra "Millenium”un rəhbərliyi ilə "Rafaeloğlu” rəhbərliyi arasında narazılıq yaranıb və məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Sonradan iş məhkəməyə göndərilib."Rafaeloğlu”nun rəhbəri Tural Məmmədov izahatında günahın onda deyil, şirkətin mühasibində olduğunu bildirib. Elə buna görə də şirkətin mühasibi Taleh adlı şəxs həbs olunub. Məlumata görə, yeyintidə əsas məsul şəxs olan Tural Məmmədovun cəza almamasına, əvəzində əmir icraçısı olan mühasibin tutulmasına səbəb onun "Millenium”un rəhbərliyi ilə yaxınlığıdır. Belə ki, Tural Məmmədov "Millenium”un rəhbəri, qalmaqallı iş adamı Səxavət Səfərovun oğlu Əvəz Səfərovun yaxın dostu və tələbə yoldaşı olub.Amma Tural Məmmədov həbsdən canını qurtara bilsə də, "Millenium”la iş birliyinə son verib. Məlumata görə, 2 milyonluq ziyanını kompensasiya etmək üçün şirkət dondurmaların keyfiyyətinə və çəkisinə "əl gəzdirib”. Həm bu, həm də satışı həyata keçirən şirkətin prosesdən uzaqlaşdırılıması müştərilərin xeyli azalmasına gətirib çıxarıb. Bu isə şirkətin işini demək olar ki, iflic edib.
Qeyd edək ki, ötən il Vergilər Nazirliyinin apardığı yoxlamalar zamanı "Millenium” dondurmalarının istehsalı və satışı ilə məşğul olan "S.A.B.A” şirkətinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandığından, məhsulların satışına müvəqqəti qadağalar qoyulmuşdu. Həmin vaxt məlumat yayıldı ki, zavod rəhbərliyi dondurmaların mağazalara paylanmasının başqa yollarını tapıb. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən zavodda olan mallar gecəylə Maştağada yerləşən "Rafaeloğlu” firmasının (keçmiş adı "Xəyal” – red.) anbarına daşınıb və oradan mağazalara paylanılır.
Onu da bildirək ki, bu dondurmaları istehsal edən "S.A.B.A” şirkəti bir müddət əvvəl "Kia Motors Az” MMC və "Parabank”ın müştərək pul fırıldağında adı hallanan Səxavət Səfərova məxsusdur. S.Səfərov "Kia Motors Az” MMC-nin sahibidir.Araşdırma zamanı məlum olur ki, 2000-ci ildən istehsal fəaliyyətinə başlayan "S.A.B.A” şirkətini Səxavət Səfərov üç nəfər şəxslə qurub. Bu, şirkətin adının abreviaturasındakı hərflərdə də əksini tapır. "S.A.B.A” - Səxavət, Əfrayıl (ortağı), Bəhruz ("Parabank”ın Nəsimi filialının əvvəlki rəhbəri) və Əliş (ortağı).
Xatırladaq ki, dodurma şirkətinin rəhbəri "Parabank” və "Kia Motoros Az” MMC-nin birgə fantastik məbləğdə pulun dövlətdən gizlətdiyi barədə məlumatlar yayılandan sonra məşhurlaşıb. Məlumatlarda bildirilir ki, "Parabank”ın "Nəsimi” filialında "Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərova məxsus qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsait dövriyyəyə buraxılıb, bundan başqa qeyd olunan vəsait heç bir sənədləşmə aparılmadan bankın xəzinəsində saxlanılıb və vergi uçotundan gizlədilib. Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və "Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun "Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı – Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Lakin bu günə kimi S.Səfərov hələlik heç bir cəza almayıb. Əksinə, onun şikayəti əsasında iki nəfər həbs olunub. Onlardan biri bu yaxınlarda istintaq təcridxanasında müəmmalı şəkildə həyatını itirib.