Şirkətin rəsmisi məsələyə aydınlıq gətirib
BP-nin Azərbaycan nümayəndəliyində növbəti ixtisar dalğasının başladığı bildirilir.
“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə bu faktı təsdiqləməyib:
“Bizdə bu barədə heç bir məlumat yoxdur. Kimsə hər hansı bir rəqəm göstərirsə, ixtisarların başladığını deyirsə, bu səhv məlumatdır”, - deyə T.Bayatlı Oxu.Az-a açıqlamasında qeyd edib.
Qeyd edək ki, Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcəyini açıqlamışdı.
BP-nin məlumatında qeyd olunurdu ki, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq.
Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək.
İxtisarlar iki il ərzində - 2017-ci ilin dekabrınadək aparılacaq.
Xatırladaq ki, bir müddət öncə şirkətin 50 əməkdaşının ixtisar olunması ilə bağlı mətbuatda məqalə dərc olunmuşdu. Şirkət bu faktı da təsdiq etməmişdi.