Şirkətin Bakı nümayəndəliyi 23 ildir fəaliyyət göstərirdi
Fransanın Technip Maritime Overseas LTD şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
Bu barədə Vergilər Nazirliyinin rəsmi Vergilər qəzeti məlumat yayıb.
“Şirkətin kreditorları öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Nizami küçəsi 340 ünvanına müraciət edə bilərlər”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Technip Maritime Overseas LTD – neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb.