Bu günlərdə Zərdab rayonu Səhliyar küçəsi ev 10 ünvanında olduqca maraqlı bir hadisə baş verib.
Avropa.info-nun Zərdab rayonundakı müxbiri Coşqun Abdullayev bildirir ki, rayonun Qaz İstismar İdarəsi qəza şəraitində olan boruları təmir edərkən göstərilən ünvanın darvazasını nəzərə almayıb.
Belə ki, göstərilən ünvanda yaşayan Hüseynov Əlsəfa bir müddət öncə evinin darvazasının yerini dəyişdirib. Daha sonra Qaz İstismar İdarəsinə müraciət edərək qəza vəziyyətində olan borunun yenidən təmiri zamanı bu vəziyyətin nəzərə alınmasını xahiş edib.
Amma idarənin rəisi Coşqun Həsənov bu müraciəti nəzərə almayıb və qaz borusunu yenidən evin darvazasının qarşısından çəkdirib. Ev sahibinin daha sonra Rayon İcra Hakimiyyətinə də müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmayıb.
16.07.2016-cı il tarixində göstərilən ünvanda toy mərasimi olacağını nəzərə alsaq gəlin maşınının bu darvazadan necə keçəcəyi isə sual altında qalır.
Məsələnin idarə rəisi Coşqun Həsənovun qəzəbinə tuş gələn tərəfi isə rayon sakinlərinin borunun yenilənməsini qeydə alaraq sosial şəbəkələrdə paylaşması olub. Məhz bundan sonra rəisin ev sahibinə cavabı “Gedin kimə deyirsiz deyin. Mənim arxamda böyük qüvvələr var” olub.
Qaz İstismar İdarəsinin işçilərindən Elgiz adlı şəxs isə məsələyə aydınlıq gətirərkən “Mənə rəisim tapşırıb ki, bu formada et” deyə cavab verib.
Ev sahibi Əlsəfa Hüseynov aidiyyatı qurumlardan məsələyə müdaxilə etmələrini və bu problemin qanun çərçivəsində həll edilməsini xahiş edir.