"Əl Qaidə" terror təşkilatı ilə sıx əlaqələri olan "Əş Şəbab" qruplaşmasının lideri Ahmed Diriye Türkiyəni Somali xalqının düşməni adlandırıb
Fransanın nüfuzlu AFP agentliyi tərəfindən yayılan 44 dəqiqəlik audio çıxışında Ahmed Diriye Somalidəki xarici sülhməramlı əsgərləri ölkəni talamaqda günahlandırıb.
Terrorçu liderin sözlərinə görə, Türkiyə Somalinin düşmənidir.
"Türkiyə hökuməti bizim xalqın düşmənidir. Somali iqtisadiyyatı bu gün onların müdaxiləsi üzündən tamamilə çökməkdədir. Türkiyə Somalini iqtisadi olaraq işğal etməkdədir. Somali iqtisadiyyatını nəzarət altına almışdır və tək istəyi Somali xalqının kasıb qalmasıdır".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay Somalinin paytaxtı Mogadişuyə səfər etmiş və səfirlik binasının açılışını etmişdi.