“Türkiyə Azərbaycana lazımi köməyi göstərməyə hazırdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində həyatını itirənlərə görə başsağılığı verib.
qanuninfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan məktubunda “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən 32 nəfərə görə çox kədərləndiyini bildirib.
“Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımi köməyi göstərməyə hazırdır”.