Bakıda gəlinlik mağazasına şok hücum: 100 minlik gəlinliklər məhv oldu

Bakıda gəlinlik mağazasına şok hücum: 100 minlik gəlinliklər məhv oldu Naməlum şəxs Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salıb

Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən səhər saat 11 radələrində baş verib. Mağazanı açan sahibkar gənc oğlanın obyektə daxil olduğunu görüb. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb. Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.

Hadisənin kim tərəfindən törədildiyi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib. (Musavat.com)

Oxşar xəbərlər