Nəticədə ölkəmiz “Rio-2016”-da cəmi 3 kişi atletlə mübarizə aparacaq
Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan iki lisenziyadan məhrum edilib.
Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.
Buna səbəb Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdır.
Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb.
Nəticədə ölkəmiz “Rio-2016”da cəmi 3 kişi atletlə mübarizə aparacaq.
Qeyd edək ki, Əliquluzadə, Angelova, Quliyev, Valentin və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq.
Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.
Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi.