Ramazan ayının on altıncı gününün duası və təqvimi

Ramazan ayının on altıncı gününün duası və təqvimi “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et!”

Müqəddəs Ramazan ayının 16-cı gününün təqvimi və duasını təqdim edirik.

16 ramazan 1437 – 22 iyun 2016

İmsaq: 03:08
İftar: 20:31

16-ci günün duası:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı”.

Oxşar xəbərlər